Gəncədə nənə azyaşlı nəvələrini küçəyə atmasının səbəbini açıqlayıb
25
okt
2023
12:03
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncədə 2 azyaşlı nəvəsini küçəyə atan qadın bunun səbəbi barədə danışıb.
Mehriban Cəlilova APA-nın qərb bürosuna deyib ki, qızı narkotik aludəçisidir. O, qızı ilə bağlı başqa ittihamlar da səsləndirib və belə olduğu halda uşaqların anasının yanından böyüməsini istəmədiyini deyib.
Mehriban Cəlilovanın sözlərinə görə, qızı hər gün evdə dava salır və o, məcbur olaraq bu addımı atıb.
M.Cəlilova onları müvəqqəti olaraq İcra Hakimiyyətinə verdiyini də açıqlayıb: “Mən nəvələrimdən imtina etməmişəm”.
Oxşar xəbərlər
"Arvadım yad kişilərlə evimə kamera quraşdırıb..." - Gəncədə dəhşətli hadisə
Gəncə şəhərində 1994-cü il təvəllüdlü Ayaz qısqanclıq zəminində yaranan münaqişə zamanı həyat yoldaşı Könülü (adlar şərti verilib - red.) öldürməyə cəhd edib. B...