Gəncədə narkotik satışı ilə bağlı 23 nəfər saxlanılıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşları şəhər ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa olunması istiqamətində bir səra səmərəli tədbirlər həyata keçirib.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 23 şəxs saxlanılıb.
Həmin tədbirlər nəticəsində saxlanılaraq aidiyyəti üzrə polis orqanlarına gətirilən şəxslərin üzərlərindən çeşidli narkotik və psixotrop maddələr o cümlədən güclü təsir edici narkotik vasitələr aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.
Saxlanılan şəxslər barəsində toplanılmış materiallar Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə təqdim edilib. Hazırda bu qəbildən olan tədbirlər davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Polisdən genişmiqyaslı əməliyyat: Bakıda bu ərazilərdə “tiryəkxana”lar var imiş - VİDEO
Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı rayon ərazisində apardıqları mübarizə tədbirləri davam etdirilir...