Gəncədə minik maşını mağazaya çırpılıb
03
apr
2026
08:31
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq əvvəlcə bordürə, daha sonra isə yol kənarında yerləşən qab-qacaq mağazasına çırpılıb. Zərbənin təsirindən avtomobil mağazanın daxilinə girib.
Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə və mağazaya ciddi ziyan dəyib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...