Gəncədə metaləritmə müəssisəsinin fəaliyyəti dayandırılıb
Gəncədə metaləritmə müəssisəsində nöqsanlar aşkarlanıb, fəaliyyəti dayandırılıb.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Gəncə şəhəri, Zülfü Hacıyev küçəsi, 46 ünvanında yerləşən metaləritmə müəssisəsində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.
Bildirilib ki, obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, mövcud qurğular isə nasazdır. Eyni zamanda elektrik təsərrüfatı qurğuları tələblərə uyğun quraşdırılmayıb və obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib.
Qurumun məlumatına görə, obyektin ərazisində tikililərin və qurğuların yanğına qarşı ara məsafələri dəmir və yanar materiallar yığılmaqla pozulur və ümumilikdə obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.
Bu səbəbbdən yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş metaləritmə müəssisəsinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.
Qalereya
Oxşar xəbərlər
Ucuz qiymətə mebel satışı adı altında sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb
Son günlər sosial şəbəkələr və digər onlayn platformalarda ucuz qiymətə mebel satışı barədə elanlar yerləşdirilərək vətəndaşlara qarşı çoxsaylı dələduzluq halla...