Regional Təhsil İdarəsi məktəblilər arasında dava ilə bağlı məlumat yayıb
Gəncə şəhər Ə.Cavad adına 2 nömrəli tam orta məktəbin şagirdləri arasında məktəbdənkənar ərazidə mübahisə yaranıb. Mübahisə zamanı şagirdlərdən biri digərinə xəsarət yetirib.
Bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Qeyd olunanlarla yanaşı, stressin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək məqsədilə müvafiq profilaktik tədbirlər aparılır. Şagirdlərin psixoloji durumu məktəb rəhbərliyi və regional idarə tərəfindən izlənilir.
***17:23
Gəncə şəhərində məktəblilər arasında baş verən insident zamanı bir şagird xəsarət alıb.
BAKU.WS xəbər verir ki, bu barədə DİN Mətbuat xidməti Gəncə Regional Qrupundan bildirilib.
Qeyd edilib ki, Gəncə şəhərindəki məktəblərdən birində şagirdlər arasındakı insidentlə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalar davam etdirilir.
Araşdırmalar zamanı başqa bir şagirdin xəsarət alaraq xəstəxanaya müraciət etməsi məlum olub.
Hazırda müvafiq ekspertizalar təyin olunub, araşdırmalar davam etdirilir
Oxşar xəbərlər
Azərbaycanda polkovnik komaya düşüb vəfat etdi
Ehtiyatda olan polis polkovniki Fazil Hüseynov vəfat edib. BAKU.WS xəbər verir ki, bu barədə "Yeni Sabah"a onun yaxınları məlumat veriblər. Ağır xəstəlikdən əzi...