Gəncədə maşın betona çırpılıb, 4 nəfər xəsarət alıb

Gəncədə maşın betona çırpılıb, 4 nəfər xəsarət alıb
Hadisə 18

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, şəhər ərazisində hərəkətdə olan 1994-cü il təvəllüdlü M.Huseynovun idarə etdiyi "Toyota Aqua" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı beton arakəsməyə çırpılıb.

Xəsarət alanların 2004-cü il təvəllüdü T.Huseynov, 2005-ci il təvəllüdlü R.Süleymanov, 2005-ci il təvəllüdlü N.Salmanov və 2001-ci il təvəllüdlü H.Hümbətov olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər