Gəncədə karantin rejimini pozan kafe aşkarlandı

Gəncədə karantin rejimini pozan kafe aşkarlandı
Hadisə 115

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir.

Bu barədə BAKU.WS-in bölgə müxbirinə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat daxil olub.

Belə ki, Gəncə ŞBPİ əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman rayon ərazisində gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıb. Obyektin sahibi Arzu Bayramovla yanaşı onun müştəriləri saxlanılaraq Kəpəz Rayon Polis İdarəsinə gətirilib və barələrində qanunamüvafiq tədbir görülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər