Gəncədə itlər kütləvi şəkildə öldürüldü - VİDEO - YENİLƏNİB

Gəncədə itlər kütləvi şəkildə öldürüldü - VİDEO - YENİLƏNİB
Video
Hadisə 277

Sahibsiz heyvanların güllələnməsi ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən heç bir göstəriş verilməyib.

Bu barədə BAKU.WS-ə sorğusuna cavab olaraq Gəncə Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, məsələnin araşdırılması üçün aidiyyəti üzrə hüquq mühafizə orqanlarına müraciət edilib. Bununla yanaşı, çəkiliş aparılan sözügedən məişət tullantıları poliqonunun Gəncə şəhərinin ərazisinə aid olub-olmaması da araşdırılır.

"Həmçinin, qeyd edək ki, Gəncə şəhərinin məişət tullantıları poliqonu şəhər kənarında yerləşir və ətraf ərazilərdən də ora tullantılar gətirilir. Sahibsiz küçə heyvanlarının yerləşdirilməsi üçün hazırda Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə İctimai İştirakçılıq Məclisinin birgə layihəsi əsasında sığınacaq hazırlanır. Yaxın günlərdə sığınacaq fəaliyyətə başlayacaqdır", - deyə məlumatda vurğulanır.

***14:50

Gəncə şəhərində itlər kütləvi şəkildə öldürülüb.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, itlər güllələndikdən sonra çöllük əraziyə aparılaraq orada basdırılıb.

Həmin görüntüləri təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər