Gəncədə itkin düşən gənc qız Bakıda tapıldı

Gəncədə itkin düşən gənc qız Bakıda tapıldı
Hadisə 512

Bir müddət əvvəl itkin düşən 24 yaşlı Goranboy rayon sakini Aytəkin Hüseynova polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Goranboy rayon, Kələk kənd sakini, 1997-ci il təvəllüdlü Aytəkin Hüseynova polis əməkdaşları tərəfindən Bakı şəhərində tapılıb və artıq ailəsinə təhvil verilib.

Qeyd edək ki, A.Hüseynova cari ilin fevral ayının 6-da yaşadığı evdən çıxaraq itkin düşüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər