Gəncədə iki qardaşı bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncədə iki qardaşı bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan BAKU.WS-in bölgə müxbirinə verilən məlumata görə, martın 25-də axşam saatlarında Gəncə şəhər sakinləri 28 yaşlı Osman Dadaşov və qardaşı, 30 yaşlı Salman Dadaşovun bıçaq yaraları ilə Gəncə şəhər 3 saylı Təcili Tibbi Yardım Xəstəxanasına gətirilməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinə (RPİ) məlumat daxil olub.
İlkin araşdırma zamanı məlum olub ki, 1994-ci il təvəllüdlü Gəncə şəhər sakini Nicat Qurbanov ailə münaqişəsi zamanı, bacısının həyat yoldaşı Osman Dadaşovu və sonuncunun qardaşı Salman Dadaşovu bıçaqla qəsdən vuraraq döş qəfəslərinin daxilinə keçən kəsilmiş-deşilmiş yaraları xəsarəti yetirib.
RPİ-nin əməkdaşlarının “isti izlər”lə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində N. Qurbanov saxlanılaraq istintaqa təqdim edilib.
Faktla bağlı araşdırmalar aparılır.
Oxşar xəbərlər
Arvadını və onun bibisini öldürən şəxs ömürlük həbs edildi - VİDEO
2019-cu il oktyabrın 16-da paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsindəki 22 ünvanındakı evdə qətl hadisəsi baş verib. Dərhal əraziyə pro...