Gəncədə hərbçilərin binasındakı yanğın söndürüldü - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyi (FHN) Gəncədə baş verən yanğın barədə məlumat yayıb.
Qurumdan BAKU.WS-in soruğusuna əsasən bildirilib ki, yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb:
"Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhərində doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində mənzildə yanğın baş verməsi ilə barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən, yanğının ikiotqalı mənzilin mətbəx hissəsində baş verdiyi müəyyən edilib.
Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 76 kv.m. olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 15 kv.m. sahədə yanıb.
Mənzilin böyük hissəsi yanğından mühafizə olunub".
***
Gəncədə yanğın hadisəsi baş verib.
Bu barədə BAKU.WS-in "Qaynar xətti"nə görüntülər daxil olub.
Qeyd edilib ki, hadisə şəhərin Yeni Gəncə adlı hissəsində yerləşən Hərbçilərin binasıında ev yanır.
Şahidlərin sözlərinə görə, yanğın mənzilə qaz sızması səbəbilə baş verib.
BAKU.WS hadisə yerindən görüntülər təqdim edir:
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...