Gəncədə hava limanından 10 min manatlıq qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncədə hava limanından sərnişinlərə məxsus çamadandan dəyəri 10 min manat olan qızıl-zinət əşyaları oğurıamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Hava Nəqliyyatında Polis İdarəsinin Gəncə Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində sərnişinlərə məxsus çamadandan oğurluq etməkdə şübhəli bilinən 39 yaşlı Tahir Sayadov saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, T.Sayadov yükləmə zamanı çantadan ümumi dəyəri 10 min manat olan qızıl-zinət əşyalarını oğurlayıb.
Məhkəmənin qərarı ilə T.Sayadov barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.
Oxşar xəbərlər
14 yaşlı qız anasının zorakılığına görə sığınacağa yerləşdirildi
Atasını itirdikdən sonra anası ilə yaşayan 14 yaşlı yeniyetmə qızın zorakılığa məruz qaldığı bildirilir. Hazırda o, sığınacaqda qalır və ilk dəfə təhsil almağa...