Gəncədə avtoxuliqanlıq edən "Changan" sürücüsü həbs edilib
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər nəticəsində "Changan" markalı avtomobillə şəhər ərazisində avtoxuliqanlıq edən sürücü Ə.Rəhimov saxlanılıb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, araşdırmalar zamanı sürücünün avtomobilinə əlavə səs siqnalı quraşdırdığı da müəyyən edilib.
Sürücü barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Ə.Rəhimov 1 il müddətinə sürücülük hüququndan məhrum edilib və 30 sutka inzibati qaydada həbs olunub.
Bununla yanaşı, polis əməkdaşlarının keçirdikləri digər tədbirlər zamanı avtomobillərinə qanunsuz olaraq səs siqnalları quraşdıran bir neçə sürücü də müəyyən edilib. Həmin şəxslər barəsində də inzibati protokollar tərtib olunaraq məhkəməyə göndərilib.
Qeyd edək ki, il ərzində Gəncə şəhərində əhalinin haqlı narazılığına səbəb olan səs siqnallarından istifadə edən 34 sürücü müəyyən olunub və barələrində qanunamüvafiq tədbirlər görülüb.
Gəncə şəhərində yol hərəkəti təhlükəsizliyinin təmini məqsədilə profilaktik tədbirlər etdirilir.
Oxşar xəbərlər
Goranboyda 3 nəfər balıqdan zəhərlənib
Dekabrın 29-da saat 18:20 radələrində 3 nəfər (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şö...