Gəncədə avtomobillər toqquşub, xəsarət alanlar var
21
noy
2022
22:15
Gəncə şəhərinin Tağı Arani küçəsində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
BAKU.WS "report"a istinadən xəbər verir ki, "VAZ-2106" və "Renault" markalı avtomobillərin toqquşması nəticəsində 1993-cü il təvəllüdlü E.Quliyeva və 1993-cü il təvəllüdlü R.Əliyev xəsarət alıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti kafi, digərinin vəziyyəti isə qənaətbəxş hesab olunur.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Sumqayıtda qətl törədib xaricə qaçdı: “Cinayəti boynuna götür, mən cavanam”
2019-cu ildə Sumqayıtda baş vermiş cinayət hadisəsinin təfərrüatlarına baxdıqca insanın beyninə bir fikir gəlir: Məgər mübahisəni başqa cür, xoşluqla yoluna qoy...