Gəncədə avtomobillər toqquşub, ölən və xəsarət alanlar var
Gəncə şəhərində bir nəfərin ölümü, daha bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Nizami Gəncəvi prospektində 2 VAZ markalı avtomobilin toqquşması nəticəsində 1952-ci il təvəllüdlü Rəziyyə Əhmədova dünyasını dəyişib.
Qəza zamanı habelə 2004-cü il təvəllüdlü Əli Süleymanov, 1999-cu il təvəllüdlü Taleh İsmayılov, 2004-cü il təvəllüdlü Nərgiz Qarayeva, 2005-ci il təvəllüdlü Nərmin Qarayeva və 1958-ci il təvəllüdlü Fərqanə Məmmədova xəsarət alıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Qazaxda ərli qadının şok sərgüzəşti - Təfərrüat
Qazax rayonunda 1981-ci il təvəllüdlü Əzim şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı 1982-ci il təvəllüdlü həyat yoldaşı Fərqanəni (adlar şərti veril...