Gəncədə avtomobillə motosiklet toqquşub, ölən var
24
iyn
2026
09:05
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncədə ölümlə nəticələnən ağır yol qəzası baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, hərəkətdə olan minik avtomobili motosikletə toqquşub. Nəticədə motosikletin sürücüsü 2004-cü il təvəllüdlü Amin İsmayılov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.
İlkin məlumata görə, vəfat edən şəxs kuryerdir.
Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma başlanılıb.
Qalereya
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...