Gəncədə avtomobil idarəetmədən çıxdı: III MDB Oyunlarının meneceri həyatını itirdi
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, şəhərin 1-ci mikrorayonu, Vaqif küçəsi ilə hərəkətdə olan "Toyota" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə, mağazaya və hərəkətsiz vəziyyətdə dayanmış "Chevrolet" və "Mercedes" markalı maşınlara çırpılıb.
Zərbənin təsirindən "Toyota" yol kənarına aşıb.
Qəza zamanı "Toyota"nın sürücüsü, Şirvan şəhər sakini, 1989-cu il təvəllüdlü Tural Qənbərov xəstəxanaya aparılarkən yolda ölüb.
Qeyd edək ki, həyatını itirən Tural Qənbərov III MDB Oyunlarının Gəncə üzrə meneceri olub.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...