Gəncədə avtobus "Range Rover"lə toqquşdu, yaralananlar var
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, şəhərin çıxışında, Gəncə-Goranboy xətti üzrə hərəkət edən "Hyundai" markalı sərnişin avtobusu "Range Rover"ə çırpılıb. Qəza nəticəsində avtobusda olan sərnişinlərdən 8 nəfərin xəsarət alaraq xəstəxanaya yerləşdirildiyi bildirilir.
Məlumata görə, qəzada 1998-ci il təvəllüdlü Ə.Əliyev, 2000-ci il təvəllüdlü A.Mehdiyev, 1995-ci il təvəllüdlü S.Məmmədova, 1986-cı il təvəllüdlü E.Həsənova, 1989-cu il təvəllüdlü Ə.Süleymanov, 2024-cü il təvəllüdlü Ə.Süleymanova, 2022-ci il təvəllüdlü M.Süleymanova və 1996-cı il R.Məmmədova xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...