Gəncədə arvadını amansızlıqla döyməkdə şübhəli bilinən şəxs SAXLANILDI
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncədə arvadını xüsusi amansızlıqla döyən şəxs saxlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.
Məlumatda bildirilir ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 49 yaşlı Zamiq Hüseynov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
*** 13:08
Gəncə şəhərində qadın əri tərəfindən döyülüb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisindəki evlərdən birində baş verib.
Şəhər sakini, 1992-ci il təvəllüdlü Günel İsmayılova müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Müəyyən edilib ki, qadın həyat yoldaşı tərəfindən döyülərək ona xəsarətlər yetirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin okty...