Gəncədə ana və az yaşlı qızı qazdan zəhərləndi

02
noy
2021
23:59
Gəncədə dəm qazından boğulma hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.
1987-ci il təvəllüdlü Ələsgərova Pərvanə Altay qızı və onun qızı, 2012-ci il təvəllüdlü Ələsgərova Altunay zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Xəstələrə lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin normal olduğu bildirilir. İlkin məlumata görə, ana və qızı yaşadığı evin qonaq otağında dəm qazından zəhərləniblər.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Oxşar xəbərlər
Sevgilisini qısqanan oğlanın Bakıda törətdiyi dəhşətli CİNAYƏT - VİDEO
2019-cu il noyabrın 29-da DİN 102 xidmətindən Binəqədi RPİ 5-PB-nə 7-ci mikrorayon ərazisində bıçaqlanma hadisəsinin baş verməsi haqda məlumat verilib. Hadisə y...
