Gəncədə 73 yaşlı kişi evini yandırıb
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncə şəhərində yaşlı kişi evini benzin tökərək yandırıb.
BAKU.WS Report-a istinadla xəbər verir ki, hadisə Gəncə şəhəri, Həmid Sultanov küçəsində yerləşən fərdi evlərin birində qeydə alınıb.
Ev sahibi, 1949-cu il təvəllüdlü Ə.Fətullayev məlum olmayan səbəblərdən ümumi sahəsi 66 kv.m olan evinə benzin tökərək yandırıb. Yanğın nəticəsində ev içərisindəki əşyalarla birgə tamam yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin dörd yanğınsöndürən avtomobili və 28 canlı qüvvəsi cəlb olunub.
Yanğın söndürülüb, ətrafdakı tikililər yanğından mühafizə olunub.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda DƏHŞƏT: Ərlə arvadın yanmış meyiti tapıldı - TƏFƏRRÜAT - VİDEO - YENİLƏNİB
Martın 12-ə keçən gecə Salyan rayonunun Aşağı Kürkənd kəndində 1953-cü il təvəllüdlü Əliyev Əliyar Alı oğlunun və həyat yoldaşı, 1954-cü il təvəllüdlü Əliyeva E...