Gəncədə 17 yaşlı oğlan qətlə yetirilib

Gəncədə 17 yaşlı oğlan qətlə yetirilib
Hadisə 96

Sentaybrın 20-si saat 06 radələrində 2005-ci il təvəllüdlü Həsən Novruzovun aldığı xəsarətdən xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Bu barədə BAKU.WS-ə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1984-cü il təvəllüdlü Azər Mövsümovun sentyabrın 19-u saat 23 radələrində küçədə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Həsən Novruzova xəsarət yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

Azər Mövsümov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

İş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Son xəbərlər