Gəncədə 16 yaşlı oğlan məktəbin qarşısında bıçaqlandı
10
yan
2026
14:38
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən orta məktəblərin birinin qarşısında qeydə alınıb.
Belə ki, şəhər sakini, 2010-cu il təvəllüdlü N.Məmmədov bel nahiyəsinin kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib.
Dərhal ona yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Yeniyetmənin hansı şəraitdə bıçaq xəsarəti aldığı məlum deyil.
Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər. Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...