Gəncədə 4 yaşlı uşağın xəstəxanada ölümünün ilkin səbəbi açıqlanıb

Gəncə şəhərində 4 yaşlı uşağın xəstəxanada ölümünün ilkin səbəbi məlum olub.
BAKU.WS xəbər verir ki, bu barədə TƏBİB-dən "Report"un sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, martın 10-da saat 09:30 radələrində 2021-ci il təvəllüdlü şəxs ailə üzvləri tərəfindən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasına gətirilib.
Həkim müayinəsində olan azyaşlı zəruri müayinələrdən keçirilib. Vəziyyəti ağır olan azyaşlıya pnevmatoraks diaqnozu təyin edilib.
Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, onun 15:40 radələrində ölüm faktı qeydə alınıb. Ölümünün ilkin səbəbi kimi spontan gərginlik pnevmatoraksı, ürək-ağciyər çatışmazlığı qeyd olunub.
***16:29
Gəncə şəhəri 2 saylı Uşaq Xəstəxanasında azyaşlının ölümü qeydə alınıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, Gəncə şəhər sakini, 2021-ci il təvəllüdlü H.Hüseynov yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.
Ona həkimlər tərəfindən tibbi yardım göstərilsə də, uçağın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı aaşdırıma aparılır.
Oxşar xəbərlər
Maliyyə Nazirliyinin aparat rəhbəri dəyişib
Maliyyə Nazirliyinin aparat rəhbəri Cavanşir Yusifov vəzifəsindən azad edilib. BAKU.WS nazirliyə istinadən xəbər verir ki, bununla bağlı nazir Sahil Babayev ye...
