Gəncə sakini təmizləyici vasitə içərək özünü ZƏHƏRLƏDİ
17
dek
2022
15:30
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncədə 37 yaşlı kişi zəhərlənib.
BAKU.WS Unikal-a istinadla xəbər verir ki, hadisə şəhərin 3-cü mikrorayonunda yerləşən binaların birində qeydə alınıb.
Belə ki, 1985-ci il təvəllüdlü Natiq Məmmədov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, 37 yaşlı kişi təmizləyici vasitə içib. N.Məmmədovun hansı səbəbdən özünü zəhərləməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Tələbə qızların zəhərlənmələri ilə bağlı ŞOK TƏFƏRRÜAT - FOTO
Noyabrın 21-də Bakı Dövlət Universiteti (BDU) 2 saylı yataqxanasında 3 tələbə qız zəhərlənib. Onlardan biri - fizika fakültəsinin tələbəsi, 1999-cu il təvəllüdl...