Gəncə-Bakı avtobusu qəzaya uğradı - YENİLƏNİB - VİDEO
02
sen
2019
17:01
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncə Bakı istiqamətində hərəkət edən avtobus qəzaya uğrayıb.Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova BAKU.WS-ə məlumat verib.Verilən məlumata görə, önünə piyada çıxdığı üçün dönmə əməliyyat etməyə məcbur olub. Nəticədə avtobus yoldan çıxıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Lakin avtobus yoluna davam etməyib.***14.21Bu gün səhər saatlarında Bakının Qaradağ rayonu ərazisində avtobus qəzaya uğrayıb.Bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər.Bildirilib ki, Qaradağ rayonu Ələt qəsəbəsi ərazisində içərisi sərnişinlə dolu şəhərlərarası avtobus qəzaya uğrayıb.
Maşın sürətlə hərəkət edərkən sürücü idarəetməni itirib.Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.
Oxşar xəbərlər
Bakıda sərnişin avtobusu qəzaya uğradı - Yaralılar var -VİDEO
Bakının Nizami rayonunda avtobus qəzaya uğrayıb.Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər.Bildiriblər ki, “Xalqlar Dostluğu” metro...