Gəmidə həkim kimi fəaliyyət göstərən Tural Sultanovdan 27 gündür xəbər yoxdur
Gəmidə həkim kimi fəaliyyət göstərən Tural Sultanovun itkin düşdüyü deyilir.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib.
Paylaşımda bildirilib ki, o, 27 gündür itkin düşüb:
"Bu gün 27 gündür səndən heç bir xəbər ala bilmirik. Həkim əmimin, həkim oğlu, avqustda 33 yaşını gəmidə qeyd etdin, sentyabrda Xəzər səni aldı, yaraşıqlı Turalımız. 27 gündür atanın, ananın, ailənin, hamımızın gözü yoldadır, ağıllı, savadlı, uşaqla uşaq, böyüklə böyük olan, həkim Turalımız...
Gəmidə həkim olmağı özün seçmişdin, ailən istəməsə də...
Çünki atanın səninlə bağlı daha böyük arzuları vardı. Evin, işin bildiyin dəniz səni qopardı bu həyatdan", - deyə paylaşımda qeyd olunub.
Tural Sultanovun itkin düşməsi ilə əlaqədar aidiyyəti qurumlara sorğular ünvanlanıb.
Oxşar xəbərlər
Bakıda sosial evlərdə mənzil almaq adı ilə vətəndaşların 90 min manatı mənimsənilib
Polis sosial evlərdə mənzil almaq adı ilə dələduzluq edən şəxsi saxlayıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Binəqəd...