Gədəbəydə yeddiotaqlı ev yanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Gədəbəy rayonunun Novosaratovka kəndində yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, ümumi sahəsi 240 kvadratmetr olan ikimərtəbəli, yeddiotaqlı evin, sahəsi 300 kvadratmetr olan tövlənin yanar konstruksiyaları, tövlənin damına yığılan altı ton ot bağlaması və bitişik ümumi sahəsi 400 kvadratmetr olan ikimərtəbəli, 10 otaqlı evin ikinci mərtəbəsində 2 otağın tavanı (25 m²) və dam örtüyünün yanar konstruksiyaları (50 m²) yanıb.
Evlərin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxşar xəbərlər
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin okty...