Gədəbəydə rüşvət qalmaqalı - Sakinlərlə icra hakimiyyəti üz-üzə
Gədəbəy rayonunun Dərəqumlu kəndində yaşayan sakinlər yol və qaz problemi yaşayırlar.
Sakinlər deyirlər ki, yolun yararsız halda olması səbəbindən bura nə təcili tibbi yardım maşını gəlir, nə də qış aylarında minik avtomobilləri hərəkət edə bilir.
Onlar iddia edirlər ki, kəndə qaz xətti çəkilsə də, sakinlərdən evlərinin qazla təmin olunması üçün rüşvət istənilir.
"Neçə dəfə müraciət etmişik, deyiblər ki, get çıxarış al. Xəstə adamam, çıxarış almağa pul verim, yoxsa müalicəmi etdirim?!" - deyə sakin narazılığını bildirib.
Gədəbəy Rayon İcra Hakimiyyətindən isə yol məsələsi ilə bağlı bildirilib ki, sözügedən ərazi asfaltlanıb:
"Məktəbin yanı asfaltlıdır. İcra hakimiyyətinin rüşvət istədiyini iddia edən sakinlər isə qərəzli danışırlar".
Ətraflı Baku TV-nin videomaterialında:
Oxşar xəbərlər
Gəncədə 47 yaşlı kişini bıçaqlayan şəxs tutulub
Gəncədə 47 yaşlı kişini bıçaqlayan şəxs tutulub. BAKU.WS apa-ya istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisə...