Gədəbəydə qəzada xəsarət alan şəxslərin son vəziyyəti məlum olub

Gədəbəydə qəzada xəsarət alan şəxslərin son vəziyyəti məlum olub
Hadisə 14

Gədəbəy rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin səhhəti ilə bağlı yeni məlumat açıqlanıb.

BAKU.WS xəbər verir ki, TƏBİB-in məlumatına görə, hadisə zamanı xəsarət alan 5 kişi avqustun 28-də saat 20:20-də Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslərə xəstəxanada ilkin tibbi yardım göstərilib. Daha ixtisaslı müayinəyə ehtiyac yarandığından onlar Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Abbas Səhhət adına xəstəxanaya təxliyə ediliblər.

TƏBİB bildirib ki, müalicə və müayinələrdən sonra 4 nəfərin vəziyyəti qənaətbəxş qiymətləndirilib və onlar ambulator müalicə üçün evə buraxılıblar.

Hazırda yaralılardan birinin müalicəsi xəstəxananın müvafiq şöbəsində davam etdirilir. Onun vəziyyəti orta ağırqiymətləndirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər