Gədəbəydə bir gündə yeddi nəfər dəm qazından zəhərlənib - ADLAR
Gədəbəydə dəm qazından zəhərlənən şəxlərin kimliyi məlum olub.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, onlar rayonun Qardağ kənd sakinləri, 2018-ci il təvəllüdlü E.Məmmədli, 2016-cı il təvəllüdlü S.Məmmədli, 1995-ci il təvəllüdlü S.Məmmədli və 1994-cü il təvəllüdlü Z.Qasımlıdır.
Digər zəhərlənən şəxs Gədəbəy şəhərinin Səməd Vurğun küçəsində yaşayan 1955-ci il təvəllüdlü M.Hüseynovdur.
Rayonun Gərgər kəndində qeydə alınan daha iki faktda isə 2010-cu il təvəllüdlü S.Tağıyev və G.Şəmiyeva dəm qazından zəhərləniblər.
Zəhərlənən şəxslərin vəziyyətlərinin kafi olduğu bildirilir.
Məlumata görə, onlar yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Gədəbəydə dəm qazından zəhərlənmə faktları olub.
Hadisə rayonun Qardağ kəndində bir aildən dörd nəfər dəm qazından zəhərlənib.
Digər bir fakt şəhərin Səməd Vurğun küçəsində, daha ikisi isə rayonun Gərgər kəndində qeydə alınıb.
Oxşar xəbərlər
Azərbaycanda tələbələr dəm qazından zəhərləniblər - ADLAR
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının tələbələri dəm qazından zəhərləniblər. Hadisə fevralın 21-dən 22-ə keçən gecə Şəki şəhəri Könü...