Gədəbəydə bədbəxt hadisə: 37 yaşlı piyadanı avtomobil vurub

Gədəbəydə bədbəxt hadisə: 37 yaşlı piyadanı avtomobil vurub
Hadisə 24

Gədəbəydə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun mərkəzində qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü R.Qurbanov yolu keçmək istəyərkən onu avtomobil vurub.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər