Gədəbəydə 29 yaşlı gənc bıçaqlanıb, saxlanılan var
19
avq
2024
22:07
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Gədəbəy rayonunda bıçaqlanma hadisəsi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, rayon sakini, 1995-ci il təvəllüdlü X.Piroğlanov mübahisə zəminində bıçaq xəsarəti alıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"un Qərb bürosunun sorğusuna cavab olaraq bildirilib ki, hadisəni törətməkdə Mingəçevir şəhər sakini, 1990-cı il təvəllüdlü Oruc Abdullayev şübhəli bilinir.
O, polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Gəncədə qətllə bağlı cinayət işi başlanılıb - YENİLƏNİB
İyunun 7-də saat 20 radələrində Gəncə şəhər Yeni Kəlbəcər qəsəbə sakini 1981-ci il təvəllüdlü Bəxtiyar Heydərovun almış olduğu xəsarətdən müalicə aldığı xəstəxa...