Gecə yarısı “avtoş”luq edib, Bakını bir-birinə qatdı - ANBAAN VİDEO

Paytaxtın müxtəlif yerlərində, xüsusilə də Nəsimi rayonu ərazisində avtoxuliqanlıq hərəkətləri edən sürücü saxlanılıb.
BAKU.WS Avtosfer.az-a istinadən xəbər verir ki, Nəsimi Dövlət Yol Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Qara Abdullayev tərəfindən aşkar edilən faktlar nəticəsində araşdırma aparılıb və sürücü DYP əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar nəticəsində 90-BA-046 dövlət nömrə nişanlı, “Niva” markalı avtomobilin sürücüsü Əbülfəz Eldar oğlu Süleymanovun müxtəlif vaxtlarda avtomobilin dövlət nömrə nişanlarını çıxararaq təhlükəli manevrlər etməsi müəyyən olunub. Xüsusilə Nəsimi rayonu Səməd Vurğun, Şəmsi Bədəlbəyli və Salamzadə küçələrində avtoxuliqanlıq edən şəxsin avtomobildə konstruksiya dəyişiklikləri etdiyi də müəyyən olunub.
Müxtəlif vaxtlarda ciddi qayda pozuntuları edərək videoya çəkib sosial şəbəkələrdə paylaşan şəxs barəsində toplanmış materiallar aidiyyəti üzrə Nəsimi rayon Məhkəməsinə təqdim olunub.
Məhkəmənin qərarı ilə sürücü bir il sürücülük hüququ məhdudlaşdırılmaqla 15 gün müddətində inzibati qaydada həbs olunub.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...
