Gecə saatlarında sakinlərin rahatlığını pozan "Avant Group"un əməkdaşları saxlanıldılar

"Avant Group" MTK gecə saatlarında qazıntı işləri apararaq sakinlərin rahatlığını pozub. Sakinlər bununla bağlı paylaşım edərək narazılıqlarını dilə gətiriblər.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, Yasamal rayonu ərazisində qazıntı işlərini aparanlar artıq müəyyən olunub.
Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən qazıntı işlərinin üç icraçısı saxlanılaraq barələrində məsuliyyət tədbirləri görülüb.
Qeyd edək ki, "Avant Group" bir müddət əvvəl Yasamal rayonu, Şərifzadə küçəsi, köhnə "Azon Zavod"un ərazisində ağacları kəsməsi ilə gündəmə gəlmişdi. Araşdırma nəticəsində şirkətin təbiətə 117 060 manat məbləğində ziyan vurduğu müəyyən edilmişdi. Həmin cinayət işi üzrə isə istintaq hərəkətləri davam etdirilir.
Oxşar xəbərlər
Sevgilisi tərəfindən qaçırılan qız: "Xahiş edirəm, azadlığa buraxın, evlənək"
Bakıda sevgilisini oğurlamaqda ittiham olunan gəncin məhkəməsi maraqlı məqamlarla yadda qalıb. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu məhkəmə prose...
