Gecə ova gedənlər saxlanıldı - FOTO

Gecə ova gedənlər saxlanıldı - FOTO
Hadisə 82

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qanunsuz saxlanılan silah-sursat aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, gecə saatlarında rayonun Qazma kəndində çöllük ərazidə dayanan “VAZ-21011” markalı avtomobil polis əməkdaşlarının diqqətini cəlb etdiyindən ona yaxınlaşıblar. Bu zaman avtomobildə olan sürücü və sərnişinlərin hərəkətləri şübhə doğurduğu üçün həmin şəxslər polis şöbəsinə gətiriliblər. Araşdırma zamanı sürücünün Tülü kənd sakini Ramiz Akkubayev, sərnişinlərin isə onun həmkəndliləri Ələddin Dabaxov, Seymur Xəlilov və Emil Sarayev olduqları müəyyən edilib. Nəqliyyat vasitəsinə baxış keçirilən zaman sərnişinlərə məxsus üç ədəd müvafiq sənədləri olmayan, “BUM” və “İJ” markalı ov tüfəngləri, eləcə də həmin silahlara məxsus patronlar aşkarlanaraq götürülüb. Onlar ifadələrində birlikdə ova getdiklərini bildiriblər.

Saxlanılan şəxslərin hər biri barəsində protokol tərtib edilərək baxılmasından ötrü rayon məhkəməsinə göndərilib.

Gecə ova gedənlər saxlanıldı - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər