Füzulidəki qəzada ölən hərbçilərin FOTOSU

Füzulidəki qəzada ölən hərbçilərin FOTOSU
Foto
Hadisə 84

Xəbər verdiyimiz kimi, Füzuli rayonunda 2 hərbçinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS xəbər verir ki, "Qafqazinfo" faciəvi şəkildə həyatlarını itirən 36 yaşlı Əli Vəliyev və 26 yaşlı Mirqəşəm Talıbovun fotosunu təqdim edir:

Qeyd edək ki, qəza dünən səhər rayonun Böyük Bəhmənli kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan "Mercedes" markalı avtomobillə "VAZ 2107" markalı maşın toqquşub. 1990-cı il təvəllüdlü Əli Vəliyev və 2000-ci il təvəllüdlü Mirqəşəm Talıbov hadisə yerində həyatlarını itirib.

Qəzada xəsarət alan 1995-ci il təvəllüdlü Süleyman Süleymanov və 2001-ci il təvəllüdlü Rəşad Namazəliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Məlumata görə, həyatlarını itirən şəxslər hərbçi, yaralanan R.Namazəliyev isə ANAMA əməkdaşıdır.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Fotoda: Əli Vəliyev

Füzulidəki qəzada ölən hərbçilərin FOTOSU

Fotoda: Mirqəşəm Talıbov

Füzulidəki qəzada ölən hərbçilərin FOTOSU

Ziya Əmirxanlı


Oxşar xəbərlər

Son xəbərlər