Füzulidə narkokuryerlik edən șəxs saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Füzuli rayonunda İran vətəndaşı vasitəsilə narkokuryerliyə cəlb olunan şəxs tutulub.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Elçin Abbaslı saxlanılıb.
E.Abbaslıdan doqquz kiloqram 720 qram marixuana, üç kiloqram 500 qram tiryək və 100 ədəd metodon həbi aşkarlanıb.
O, şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının vasitəsilə narkokuryerliyə cəlb olunduğunu bildirib.
Faktla bağlı cinayət işi başlanılıb. E.Abbaslı barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...