Füzulidə minaya düşən gəncin son durumu açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Füzuli rayonun işğaldan azad olunmuş Seyid Əhmədli kəndində ötən gün minaya düşən Vüqar Zülfüqarlının son durumu açıqlanıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə nəticəsində o, sol pəncəsindən qəlpə yarası alıb və fəqərəsi sınıb.
V.Zülfüqarlı əvvəlcə Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Orada ona ilkin tibbi yardım göstərilib. Daha sonra Bakıdakı Klinik Tibbi Mərkəzə təxliyə olunub və Travmatologiya şöbəsinə yerləşdirilib. Hazırda yaralının sağlıq durumu yaxşıdır.
Qeyd edək ki, martın 23-də Füzuli rayonun işğaldan azad olunmuş Seyid Əhmədli kəndində 1996-cı il təvəllüdlü Vüqar Zülfüqarlı idarə etdiyi “SHACMAN” markalı "77-CB-134" dövlət nömrə nişanlı yük maşını ilə dönmə əməliyyatı edərkən minaya düşüb. Faktla bağlı Füzuli rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Füzulidə 26 yaşlı sürücü yük maşını ilə minaya düşüb - YENİLƏNİB
Füzulidə mülki şəxsin minaya düşməsi hadisəsi rayonun işğaldan azad olunmuş Seyid Əhmədli kəndində qeydə alınıb. BAKU.WS-in APA-ya istinadla xəbərinə görə, 1996...