Füzuli sakinindən 3 kiloqram narkotik aşkarlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Füzulidə keçirilən əməliyyat zamanı 3 kiloqram tiryək, metamfetamin və psixotrop tərkibli həblər aşkarlanıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Bərdə Regional Qrupundan məlumat verilib.
Bildirilib ki, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Ramil Yusifov saxlanılıb. Ondan 3 kiloqramdan artıq tiryək,metamfetamin və 100 ədəd metodon həbi aşkarlanıb. R.Yusifov narkotik vasitələri maddi maraq qarşılığında şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...