Fuad Qəhrəmanlının qızına təcavüzdə şübhəli bilinən şəxsdən xəbər var
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Apellyasiya Məhkəməsində Fuad Qəhrəmanlının qızı Sənay Qəhrəmanlıya cinsi təcavüzdə şübhəli bilinərək həbs edilən Əsgər Ağayevin barəsində seçilmiş həbs qətimkan tədbirindən verdiyi şikayətə baxılıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, S.Qəhrəmanlı xalası oğlu Ə.Ağayev tərəfindən zorlandığı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.
Müraciət əsasında Ə.Ağayev barəsində Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.
Binəqədi rayon Məhkəməsinin qərarı ilə Ə. Ağayev 4 ay həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Azərbaycanda gənc nişanlısına dəfələrlə təcavüz edib nişanı qaytardı - MƏHKƏMƏ
Azərbaycanda nişanlısına qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən 1990-cı il təvəllüdlü Bakı sakini Elşad Rəhimovun cinayət işinə...