"Formula 2": Bakıdakı sprint yarışında daha bir pilot mübarizəni dayandırıb - YENİLƏNİB

Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisininin sprint yarışında daha bir pilot uğursuzluqla üzləşib.
BAKU.WS-in Report-a istinadla məlumatına görə, "Charouz Racing System" komandasında çıxış edən Enzo Fittipaldi mübarizəni davam etdirə bilməyib.
Fittipaldi dönmə zamanı yanlış yola girib və mübarizədən kənarda qalıb.
***14:16
Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində növbəti qəza baş verib.
BAKU.WS-in Report-a istinadla məlumatına görə, "Prema Racing"dən Dennis Hauger sprint yarışında 14-cü dövrədə qoruyucu səddə çırpılıb.
Nəticədə 19 yaşlı pilot mübarizəni dayandırmalı olub.
Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 12-də başa çatacaq.
Oxşar xəbərlər
"Formula 2": Sıralama turunda qəza baş verib
Bakıda "Formula 2" üzrə Azərbaycan Qran-prisində növbəti qəza baş verib. BAKU.WS "report"a istinadən xəbər verir ki, "Dams" komandasından Ayumu İvasanın bolidi...