"Formula-1": “Uilyams”ın bolidinin mühərriki dayanıb

10
iyn
2022
15:40
Bakıda keçirilən “Formula-1” üzrə Azərbaycan Qran-prisində daha bir xoşagəlməz hadisə yaşanıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, “Uilyams” komandasının heyətində Nikolas Latifi birinci sərbəst yürüşdə problemlə üzləşib.
Sürücünün bolidinin mühərriki dayanıb. Bu, onun yarışı tamamlamaması ilə nəticələnib.
Qeyd edək ki, buna qədər Mik Şumaxerin (“Haas”) də bolidində maye sızması olduğu üçün o, yarışı dayandırıb.
Oxşar xəbərlər
“Formula-1”: Bakıda ilk sərbəst yürüş başa çatıb - YENİLƏNİB - FOTO
Bakıda keçirilən “Formula 1” üzrə Azərbaycan Qran-prisində birinci sərbəst yürüş başa çatıb. BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, “Red Bull” komandasının...