Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən vəzifəli şəxsə hökm oxunub

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən vəzifəli şəxsə hökm oxunub
Hadisə 141

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, ona 3 il sınaq müddəti olmaqla şərti cəza verilib.

Xatırladaq ki, əvvəlki proseslərin birində dövlət ittihamçısı Çingiz Mehdiyevin 10 il müddətə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.

Ötən prosesdə təqsirləndirilən şəxsin vəkili müvəkkilinin dəymiş ziyanı ödədiyini bildirib.

Bu səbəbdən dövlət ittihamçısı Çingiz Mehdiyevə 3 il sınaq müddəti olmaqla şərti cəza verilməsini təklif etmişdi.

Qeyd edək ki, Çingiz Mehdiyev Formula-1 oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur.

Ç.Mehdiyev barəsində istintaq dövrü müddətinə həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər

Bakıda 4 otaqlı ev tamamilə yanıb

Bakıda 4 otaqlı ev tamamilə yanıb

Bakıda 4 otaqlı ev tamamilə yanıb. Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, paytaxtın Xəzər rayonunda ümumi sahəsi 10...

52 Hadisə 09:02 10 may 2025

Son xəbərlər