FHN rəsmisi: Keşlədə 97 sakin təhlükəsiz əraziyə təxliyə olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Nizami rayonu Keşlə qəsəbəsində 97 sakin təhlükəsiz əraziyə təxliyə olunub.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqələr İdarəsinin əməkdaşı Pərviz Aslanov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Bakının Nizami rayonu Keşlə qəsəbəsində kollektorda baş vermiş nasazlıq səbəbindən suyun təsirinə məruz qalmış ərazilərdə FHN-in müvafiq qüvvələri tərəfindən tədbirlər həyata keçirilir:
"Gecə saatlarında da qüvvələr tərəfindən fasiləsiz olaraq müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib. Hazırda olan məlumata görə, 97 sakin təhlükəsiz yerə təxliyə olunub. Hazırda FHN əməkdaşları ərazidə suyun çəkilməsi işlərini davam etdirir" .
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...