FHN: Ötən həftə 812 yanğın olub, 5 nəfərin meyiti çıxarılıb

Ötən həftə 812 yanğın olub, 5 nəfərin meyiti çıxarılıb.
Bu barədə BAKU.WS Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 812 yanğına çıxış, 35 halda köməksiz vəziyyətdə qalma, 3 avtonəqliyyat qəzası və 1 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 11-i azyaşlı olmaqla 45 nəfər xilas edilib, 5 nəfər xəsarət alıb, 5 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
Oxşar xəbərlər
KTM: Son üç gündə 4 nəfəri gün vurub
Son üç gün ərzində (iyulun 10-dan 13-dək) günvurma diaqnozu ilə Kliniki Tibbi Mərkəzin (KTM) Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə dörd nəfər müraciət...