FHN: Ötən həftə 611 yanğına çıxış olub, 16 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib

Ötən həftə 611 yanğına çıxış olub, 16 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 611 yanğına çıxış, 37 halda köməksiz vəziyyətdə qalma, 10 avtonəqliyyat qəzası və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 10-u azyaşlı olmaqla 52 nəfər xilas edilib, 3-ü azyaşlı olmaqla 14 nəfər təxliyə olunub, 16 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
Oxşar xəbərlər
Dənizkənarı Bulvar İdarəsinin həbsdə olan sabiq sədri özünü günahkar bilməyib
Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, köməkçisi Rəşad Bədəlov və "GİRASOL" MMC-nin direktoru Fuad Babayevin cinayət işi üzrə...
