FHN maye qazdoldurma məntəqəsinin istismarını dayandırıb
Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir.
BAKU.WS xəbər verir ki, bu çərçivədə, Agentliyin müfəttişləri tərəfindən Beyləqan rayonu, I Şahsevən kəndində fəaliyyət göstərən fərdi sahibkar Həsənova Şəhla Xıdır qızına məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.
Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.
Belə ki, maye qazdoldurma məntəqəsində istismar olunan 1 ədəd tutumun istismar müddətinin bitdiyi, texniki müayinələrin aparılmadığı, nəzarət-ölçü cihazları və qoruyucu qurğuların yoxlanılmadığı müəyyən edilib.
Aşkar olunan nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.
Qalereya
Oxşar xəbərlər
Bakıda taksi sürücüsü 80 qəpiyə görə Yeni ili həbsdə keçirəcək
Bakıda taksi sürücüsü ilə xanım müştərisi arasında insident baş verib. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisində qeydə al...