FHN-in qüvvələri Ağdam və Tərtərə cəlb edildi - RƏSMİ

FHN-in qüvvələri Ağdam və Tərtərə cəlb edildi - RƏSMİ
Hadisə 2451

Məlum olduğu kimi, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək Azərbaycan Ordusunun cəbhəboyu zonada yerləşən mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

FHN-in Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, düşmənin təxribatı zamanı dinc əhalinin sıx yaşadığı yaşayış məntəqələri də atəşə məruz qalıb.

Nəticədə, mülki əhaliyə məxsus fərdi yaşayış evləri və digər mülki obyektlər dağıdılıb, dinc əhalinin əmlakına ciddi ziyan yetirilib.

Ermənistan silahlı qüvvələrinin atdığı mərmilər nəticəsində Ağdam və Tərtər rayonlarında yerləşən fərdi yaşayış evləri və mülki obyektlərdə baş vermiş yanğınların söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri dərhal əraziyə cəlb edilib.

Görülmüş operativ tədbirlər nəticəsində yanğınlar qısa müddətdə söndürülüb.

Oxşar xəbərlər

Mülki əhalidən yaralananların sayı açıqlandı - RƏSMİ

Mülki əhalidən yaralananların sayı açıqlandı - RƏSMİ

Xəbər verildiyi kimi, sentyabrın 27-də Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini...

4705 Hadisə 16:18 27 sentyabr 2020

Son xəbərlər