Azərbaycanda Ermənistana cinayət işi açıldı
Azərbaycanın işğal altında olan ərazilərində yerləşən Ermənistan hərbi hissələri növbəti dəfə təcavüzkar əməllərini davam etdirərək ağır artilleriya qurğularından Azərbaycan Silahlı Qüvvələrinin cəbhəboyu mövqelərini və mülki əhalinin yaşadığı əraziləri intensiv atəşə tutmaqla beynəlxalq humanitar hüquq normalarınının tələblərini kobud surətdə pozub.
Baş Prokurorluğun mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələri aprelin 27-28-də Azərbaycanın işğal olunmuş ərazilərindən Ağdam və Tərtər rayonlarının ərazilərini iriçaplı silahlardan və ağır artilleriya qurğularından atəşə tutaraq mülki əhalinin qəsdən öldürülməsi və vətəndaşların şəxsi mülkiyyətində olan əmlaklarının qəsdən məhv edilməsi məqsədilə təxribat törədiblər.
Nəticədə Ağdam rayonunun Çəmənli kənd sakini Mustafayev Famil Əli oğlu mərminin yanında partlaması nəticəsində qətlə yetirilib, həmin kəndin, həmçinin Ağdam rayonunun Qaradağlı və Əfətli kəndlərinin 6 sakini qəlpə xəsarətləri alaraq yaralanıblar. Onlardan birinin vəziyyəti ağırdır. Qeyd edilən yaşayış məntəqələrində, eləcə də Tərtər rayonunun Qapanlı, Həsənqaya, Qazyan və Qaynaq kəndlərində onlarla ev, orta məktəb və digər sosial obyektlər dağıdılıb, əhalinin şəxsi təsərrüfatına və əmlakına xeyli ziyan dəyib.
Həmin faktlarla bağlı Ağdam və Tərtər rayon prokurorluqlarında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb, istintaq aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Ermənilər kasetli mərmilərdən istifadə edir - XİN-dən açıqlama
"Amerika Birləşmiş Ştatları Dövlət Departamenti və Rusiyanın Xarici İşlər Nazirliyinin Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməs...